Rusiyanın cənubuna dron hücumu olub, neft emalı zavodunda yanğın baş verib

2026/06/1782292728.jpg
Oxunub: 275     08:40     28 İyun 2026    
Rusiyanın Krasnodar diyarına dron hücumu nəticəsində neft emalı zavodunda (NEZ) yanğın baş verib.

Ordu.az xəbər verir ki, bu barədə regionun Operativ Qərargahının "Telegram" kanalında məlumat paylaşılıb.

Məlumata görə, yanğın vurulmuş aparatın qalıqlarının düşməsi səbəbindən baş verib.

İlkin məlumata görə, xəsarət alan yoxdur. Qalıqların düşdüyü yerlərdə operativ və xüsusi xidmətlər çalışır.

Krasnodar diyarının Anapa, Tuapse dairəsi və Krım rayonunda PUA hücumu təhlükəsi qüvvədə qalmaqda davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin