Ordu.az xəbər verir ki, bu barədə SEPAH "Telegram" kanalında məlumat yayıb.
Qeyd olunub ki, ABŞ əldə olunan razılaşmaları pozur və SEPAH-ın Hörmüz boğazına nəzarətini bəhanə edərək hücumlar həyata keçirir:
"İslamabad memorandumuna əsasən, Hörmüz boğazından keçidə nəzarət İslam Respublikası tərəfindən həyata keçirilir və bundan sonra qaydaları pozan gəmilərlə əvvəlkindən daha sərt rəftar ediləcək, düşmənin isə hər hansı bəhanə ilə baş verə biləcək istənilən hücumu, hətta dünən gecə və bu gün olduğu kimi, əhəmiyyətsiz hədəflərə yönəlsə belə, sarsıdıcı cavab alacaq".
SEPAH-dan bildirilib ki, atəşkəsin pozulması İslamabad memorandumunun birinci bəndinə ziddir və bütün proseslərin tamamilə dayanmasına gətirib çıxaracaq.
Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələri (HHQ) İrandakı hərbi hədəflərə zərbələr endirib. SEPAH da ABŞ-nin hərbi obyektlərinə raket və PUA ilə zərbələr endirdiyini bəyan edib.
Ordu.az