Netanyahu: "Beyrut və Vaşinqton İsrailin Livanın cənubunda təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb"

2026/06/1782141391.jpg
Oxunub: 143     23:46     27 İyun 2026    
ABŞ və Livan İsrailin ərəb respublikasının cənubunda təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb.

Ordu.az "Ynet"ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında bildirib.

O, Livanla çərçivə sazişini tarixi adlandırıb və bunun münaqişənin dayandırılması işində irəliləyişə kömək etdiyini vurğulayıb. İsrail Baş nazirinin sözlərinə görə, Livan hökuməti bu addımı atmaqla cəsarət nümayiş etdirib: "Bu, İran və "Hizbullah"a ciddi zərbədir".

"Əldə olunmuş razılaşmalar çərçivəsində ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb. Mən (İsrailin - red.) həyati vacib maraqlarını qətiyyətlə müdafiə edir və bizi oradan çıxmağa məcbur etmək üçün edilən hər hansı cəhdlərə qarşı qətiyyətlə çıxış edirdim", - Netanyahu qeyd edib.

Bununla yanaşı, o təsdiqləyib ki, pilot layihə çərçivəsində İsrail Livanın cənubunda yerləşən, biri təhlükəsizlik zonasının hüdudlarından kənarda, digəri isə onun sərhədində olan iki zonadan qoşunlarını çıxarmağı planlaşdırır: "İsrail və Livan "sarı xətt"in yaxınlığında, İsrail Müdafiə Qüvvələri tərəfindən tövsiyə edilən və "Hizbullah"ın ləğvi, habelə ərazinin Livan ordusunun nəzarətinə verilməsi üzrə pilot layihənin həyata keçiriləcəyi iki ərazi barədə razılığa gəlib".

Netanyahu həmçinin bir daha təkrar edib ki, istənilən təhdidləri dəf etmək üçün İsrail Müdafiə Qüvvələri Livanda hərəkət azadlığına malikdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Beyrut   Vaşinqton  


Bizi "telegram"da izləyin