"Serbiya Prezidenti kimi son günlərimdir" - Vuçiç

2026/06/1780313604.jpg
Oxunub: 188     22:42     27 İyun 2026    
Dövlət başçısı kimi son həftələrimdir.

Ordu.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqraddakı mitinqdə tərəfdarları qarşısında bildirib.

"Prezident kimi böyük izdiham qarşısında sonuncu müraciətimdir. 14 ildir ki, mən ölkəmə sədaqətlə xidmət edirəm. Mən Serbiyanı dünyada hər şeydən çox sevirəm. Bu, mənim Serbiya Prezidenti kimi son günlərimdir”, - deyə Vuçiç qeyd edib.

Xatırladaq ki, iyunun 10-da Aleksandar Vuçiç dövlət başçısı vəzifəsindən istefa verməyi və respublikanın Baş naziri postuna namizədliyini irəli sürməyi düşündüyünü açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vuçiç   Serbiya  


Bizi "telegram"da izləyin