Əlcəzair ordusu ilin ilk yarısında 23 terrorçunu zərərsizləşdirib

2026/06/1782582758.jpg
Oxunub: 206     21:47     27 İyun 2026    
Əlcəzair Xalq Milli Ordusu 2026-cı ilin ilk altı ayı ərzində 23 terrorçunun və terror qruplaşmalarına dəstək verən 147 nəfərin zərərsizləşdirildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Xalq Milli Ordusunun yaydığı əməliyyat hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, ilin ilk yarısında keçirilən əməliyyatlar zamanı 23 terrorçu məhv edilib, terror qruplaşmalarına dəstək göstərən 147 nəfər isə zərərsizləşdirilib.

Ordudan bildirilib ki, əməliyyatlar ölkədə təhlükəsizliyin möhkəmləndirilməsi və terrorizmlə mübarizə tədbirləri çərçivəsində həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əlcəzair   Ordu  


Bizi "telegram"da izləyin