Medvedevdən Polşaya qalmaqallı tələb: Prezident sarayı geri alınsın

2024/11/1732769557.jpg
Oxunub: 233     21:22     27 İyun 2026    
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Polşadakı Belveder Sarayının məhkəmə qərarı ilə geri alınmasını təklif edib.

Ordu.az xəbər verir ki, onun sözlərinə görə, bu saray vaxtilə Rusiya imperiyasının xəzinəsinin vəsaiti hesabına tikilib və buna görə də "rus pulları ilə inşa olunub".

Medvedev bu fikirləri Polşa Baş Prokurorluğunun Qdansk şəhərində fəaliyyət göstərmiş Rusiyanın Baş Konsulluğunun binasının dövlətə verilməsi tələbi ilə bağlı məhkəmə iddiasını şərh edərkən səsləndirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Medvedev   Rusiya   Polşa  


Bizi "telegram"da izləyin