KİV: Ötən gün ölən erməni hərbi qulluqçunun əllərində xəsarətlər olub

2026/06/1782570471.jpg
Oxunub: 199     18:22     27 İyun 2026    
Ermənistanda ötən gün ölən erməni müqaviləli hərbi qulluqçunun ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə “ArmLur.am” məlumat yayıb.

Məlumata görə, faktla bağlı cinayət işi intihara sövq etmə maddəsi ilə başlanıb.

Erməni hərbi qulluqçu R.X. əvvəlcə müddətli həqiqi hərbi xidmətə çağırılıb, altı ay sonra isə “Vətənin Müdafiəsi” proqramına qoşularaq müqaviləli hərbi qulluqçu olub.

Qeyd olunur ki, bu proqram çərçivəsində 18 yaşlı hərbi qulluqçu altı aylıq xidmətdən sonra beş il müddətinə müqaviləli hərbi qulluqçu statusu ala bilir.

Hadisə həm Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi, həm də hüquq-mühafizə orqanlarında təəccüb doğurub.

Qeyd edilir ki erməni hərbi qulluqçu hərbi hissədə silahla ağız nahiyəsindən özünə atəş açmış vəziyyətdə aşkar edilib. Hadisə regionlardan birində yeni yaradılmış hərbi hissədə baş verib.

Mənbənin məlumatına görə, hüquq-mühafizə orqanları müəyyən edib ki, hərbi qulluqçu hadisədən əvvəl əllərinə xəsarət yetirməyə cəhd göstərib. Onun əllərində dərin olmayan kəsik izləri aşkarlanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-qulluqçu  


Bizi "telegram"da izləyin