Rusiya MN Konstantinovka və Krasnı Limanda şiddətli döyüşlər və aviazərbələr barədə məlumat yayıb

2024/05/1716734670.jpg
Oxunub: 224     10:48     28 İyun 2026    
Rusiya Müdafiə Nazirliyi son sutka ərzində Konstantinovkada 70, Krasnı Limanda isə 57 binaya nəzarətin ələ keçirildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Konstantinovkada “Cənub” qoşun qruplaşmasının bölmələri bütün istiqamətlərdə hücum əməliyyatlarını davam etdirir. Şəhərin cənub-qərb hissəsində təmizləmə əməliyyatlarının aparıldığı və dağınıq Ukrayna qüvvələrinin məhv edildiyi bildirilib.

Rusiya Müdafiə Nazirliyinin iddiasına görə, Ukrayna tərəfi bu istiqamətdə son sutkada 90-a qədər hərbçi itirib.

Bundan başqa, Krasnı Liman istiqamətində Rusiya qüvvələrinin qərb istiqamətində irəliləməni davam etdirdiyi bildirilib. Nazirliyin məlumatına əsasən, 67-ci motoatıcı diviziyanın bölmələri beş dayaq məntəqəsini ələ keçirərək şəhərin şimal-qərb hissəsində yerləşən 57 binaya nəzarəti təmin edib.

Nazirlik həmçinin bəyan edib ki, döyüş bölgəsinin təcrid olunması məqsədilə Hərbi Kosmik Qüvvələrin ekipajları Krasnı Limanın qərb kənarında Ukrayna Silahlı Qüvvələrinin 60-cı mexanikləşdirilmiş briqadasının bölmələrinə FAB-500 aviasiya bombaları ilə zərbə endirib.

Rusiya tərəfinin iddiasına görə, həmin bölmələr “Qolubıye Ozyora” istirahət bazası istiqamətində şəhəri tərk etməyə cəhd göstərirdi. Zərbə nəticəsində 30-a qədər Ukrayna hərbçisinin məhv edildiyi bildirilib.

Nazirliyin məlumatına əsasən, Krasnı Liman istiqamətində Ukrayna tərəfinin ümumi itkiləri son sutkada 40 nəfərə qədər olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   MN   Ukrayna  


Bizi "telegram"da izləyin