Ordu.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
Onun sözlərinə görə, son hücum axşam saatlarında dəf edilib. Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemləri şəhərə yaxınlaşmağa cəhd göstərən daha üç PUA-nı vurub.
PUA qalıqlarının düşdüyü ərazilərə fövqəladə xidmətlərin əməkdaşları göndərilib. Mütəxəssislər əraziyə baxış keçirir və mümkün nəticələrin aradan qaldırılması istiqamətində iş aparırlar.
İlkin məlumata əsasən, xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Hava hücumundan müdafiə qüvvələri hava məkanına nəzarəti davam etdirir və Moskva vilayətinə hücum cəhdlərinin qarşısını alır.
Sevinc Əliyeva
Ordu.az