Ordu.az xəbər verir ki, bu barədə İran Statistika Mərkəzi məlumat yayıb.
“22 may–21 iyun ərzində ərzaq qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb. Çörək və dənli bitkilər 138,8%, süd, pendir və yumurta 151,9%, qırmızı ət və quş əti isə 178,2% bahalaşıb. Fevral ayında inflyasiya 68%, 2025-ci ilin dekabrında isə 52,6% təşkil edirdi.
Kənd yerlərində vəziyyət daha ağırdır – illik inflyasiya 108,1%-ə yüksəlib. 11 vilayətdə qiymət artımı 100%-i keçib. Ən yüksək inflyasiya İlam (114,7%), Kürdüstan (111,7%) və Loristan (109,8%) vilayətlərində qeydə alınıb”, - məlumatda qeyd edilib.
Ordu.az