Ordu.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İMQ və ÜTX (Ümumi Təhlükəsizlik Xidməti - red.) oktyabrın 7-də terrorçu dəstənin İsrail ərazisinə sızmasına rəhbərlik edən və bunda iştirak edən "Nuxba" bölüyü komandirinin müavini Valid Haniyəni zərərsizləşdirib. O, HƏMAS-ın Siyasi Bürosunun sabiq rəhbəri İsmayıl Haniyənin qardaşı oğlu idi", - bəyanatda deyilir.
Qurumun məlumatına görə, V. Haniyə son vaxtlar HƏMAS üçün yeni terrorçular cəlb etməyə çalışırdı və "Nuxba" bölüyünün hərbi hazırlığına rəhbərlik edirdi.
Xatırladaq ki, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə 2024-cü il iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahında öldürülüb.
Ordu.az