Rusiya və Ukrayna mülki əsirləri dəyişdirib

2026/06/1782587263.jpg
Oxunub: 179     22:57     27 İyun 2026    
Kiyev Moskvaya yeddi Rusiya vətəndaşını təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Müvəkkil Yana Lantratova məlumat verib.

“Kursk vilayətinin beş sakini evinə qayıdıb. Daha iki nəfər isə digər bölgələrdəndir. Ümumilikdə yeddi nəfər Ukraynaya göndəriləcək”, - deyə o, sosial şəbəkə hesabında yazıb.

Lantratova bildirib ki, Rusiya öz vətəndaşlarını geri qaytarmaq üçün bütün mümkün tədbirləri görməyə davam edəcək.

Vilayət rəhbəri Aleksandr Xinşteynin sözlərinə görə, indiyədək sərhədyanı yaşayış məntəqələrinin 171 sakininin azad edilməsinə nail olunub.

Bununla yanaşı, daha 320 nəfərin taleyi hələ də naməlum olaraq qalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin