BMT Venesuelada baş verən zəlzələdən zərər çəkənlərin sayını açıqlayıb

2026/06/1782500186.jpg
Oxunub: 193     02:50     28 İyun 2026    
Venesuelada dağıdıcı zəlzələnin fəsadlarından 6,76 milyondan çox insanın zərər çəkdiyi güman edilir.

Ordu.az xəbər verir ki, bu cür qiymətləndirmələri BMT sisteminə daxil olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) açıqlayıb.

Vurğulanıb ki, məlumatlar ilkin xarakter daşıyır və əhalinin sıxlığı, eləcə də dağıntıların dərəcəsi haqqında informasiyanın təhlili əsasında əldə edilib.

Qeyd olunub ki, xüsusilə, təkcə paytaxt Karakasda yeraltı təkanların fəsadlarından 2 milyona yaxın sakin zərər çəkmiş ola bilər.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib. Əsas təkanların ardınca 214 afterşok qeydə alınıb. Son məlumatlara görə, Venesuelada təbii fəlakət nəticəsində 1,4 mindən çox insan həlak olub, daha 3,2 mindən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Venesuela  


Bizi "telegram"da izləyin