Ordu.az xəbər verir ki, bu barədə Livanın "Al-Markaziya" agentliyi məlumat yayıb.
Məlumata görə, İsrail silahlı qüvvələri iyunun 28-i, bazar günü Litani çayının şimalında yerləşən iki yaşayış məntəqəsini tərk edəcək. Azad edilmiş ərazilərə Livan ordusunun bölmələri daxil olacaq, onların qarşısında sabitliyi təmin etmək və Livanın radikal "Hizbullah" hərəkatı tərəfindən ola biləcək təxribatların qarşısını almaq bacarığını sübut etmək vəzifəsi durur.
Frun bələdiyyəsinin rəhbəri Adil Bazzi İsrailin aviazərbələri nəticəsində yaranmış genişmiqyaslı dağıntıları nəzərə alaraq hökumətə qəsəbəyə fəlakət zonası statusunun verilməsi çağırışı ilə müraciət edib. O qeyd edib ki, yerli sakinlər geri qayıtmazdan əvvəl təsərrüfat və məişət infrastrukturunun bərpası həyata keçirilməlidir.
Daha əvvəl Livan dövlətinin başçısı Cozef Aun bildirib ki, İsraillə danışıqlar prosesinin beşinci raundunun nəticələrinə əsasən iyunun 26-da Vaşinqtonda imzalanmış çərçivə sazişi "döyüş əməliyyatlarının yekun olaraq başa çatdırılmasına və işğal altındakı cənub əraziləri üzərində suverenliyin qaytarılmasına doğru ilk addım"dır.
Ordu.az