Vuçiç: "Serbiya nəyin bahasına olursa-olsun, hərbi neytrallığını qorumalıdır"

2026/05/1778942785.jpg
Oxunub: 168     22:48     27 İyun 2026    
Serbiya öz energetika müstəqilliyini və hərbi neytrallığını təmin etməlidir.

Ordu.az-ın TASS-a istinadən məlumatına görə, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda tərəfdarlarının mitinqində çıxışı zamanı bəyan edib.

"Biz sadəcə daha bir günün keçməsini gözləyə bilmərik, nəyin bahasına olursa-olsun, hərbi neytrallığımızı qorumalıyıq. Biz öz hava məkanımızı hansısa xarici ordunun qüvvələri ilə deyil, özümüz qorumaq istəyirik. Bu, əvəzsizdir, çünki bu, azadlıqdır", - Vuçiç qeyd edib.

Onun sözlərinə görə, Serbiya hərtərəfli inkişafı sürətləndirməlidir:

"Avqust ayından etibarən Serbiyada robotların istehsalına başlayacağıq. Biz data mərkəzləri açmalı, enerji sisteminin, qaz elektrik stansiyalarının, su elektrik stansiyalarının, həmçinin kiçik və böyük atom elektrik stansiyalarının təhlükəsizliyini təmin etməliyik, çünki elektrik enerjisi ən mühüm resursa çevriləcək".

Daha əvvəl iyunun 27-də Vuçiç hakimiyyətdə son bir neçə həftəsi olduğunu və tezliklə istefa verəcəyini bildirib. Onun sözlərinə görə, o, qarşıdan gələn parlament seçkilərində qalib gələ bilməsi üçün idarəedici Serbiya Tərəqqi Partiyasını dəstəkləməyə davam edəcək. Vuçiç daha əvvəl ölkə parlamentinə növbədənkənar seçkilərin payızda, sentyabrın sonundan noyabrın ortalarına qədər olan dövrdə keçiriləcəyini demişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vuçiç   Serbiya  


Bizi "telegram"da izləyin