Kats: "İMQ Livandakı təhlükəsizlik zonasında uzun müddət qalmağa hazırlaşır"

2024/12/1734591826.jpg
Oxunub: 161     21:41     27 İyun 2026    
İsrail Müdafiə Qüvvələrinə (İMQ) Livandakı təhlükəsizlik zonasında uzun müddət qalmağa hazırlaşmaq əmr edilib.

Ordu.az "Ynet"ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.

O, iyunun 26-da ABŞ-də İsrail və Livan arasında bağlanmış çərçivə sazişini müsbət qiymətləndirərək onu tarixi hadisə və mühüm siyasi nailiyyət adlandırıb:

"Onilliklər ərzində ilk dəfə olaraq saziş şimal sərhədində və Livanda yeni və daha təhlükəsiz reallıq formalaşdıra bilər ki, bu da İsrail vətəndaşlarının təhlükəsizliyinin uzunmüddətli perspektivdə təmin olunmasına kömək edəcək".

Bununla belə, Kats vurğulayıb ki, sazişdə razılaşdırılmış mühüm prinsip ondan ibarətdir ki, Livanın "Hizbullah" qruplaşması tam tərk-silah edilməyənə qədər İsrail Livanın cənubundan qoşunlarını yenidən dislokasiya etməyəcək və ya çıxarmayacaq.

"Dözümlülük sınağı sazişin həyata keçirilməsindən ibarət olacaq və qarşıda hələ çox çətinliklər var. Biz baş nazirlə (Benyamin Netanyahu - red.) birlikdə İsrail Müdafiə Qüvvələrinə təhlükəsizlik zonasında uzun müddət qalmağa hazırlaşmağı və əsgərlərimizi qorumaq, həmçinin şimal icmalarına qarşı təhlükələri aradan qaldırmaq üçün müvafiq şəkildə hərəkət etməyi tapşırdıq", - Kats yekunlaşdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kats   İsrail  


Bizi "telegram"da izləyin