Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə söhbətində Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan orduda dini xidmət ləğv edildikdən sonra keşişlərin generallar tərəfindən çağırılaraq siyasi suallara məruz qaldıqları və kilsəyə qarşı kampaniyaya qoşulmağa çağırıldıqları barədə iddialara münasibət bildirərkən deyib.
“Ordu prosesində və ümumilikdə hər hansı prosesdə iki mərkəzdən idarəetmə effektiv model deyil. Açığı, adlarını çəkmədən sitat gətirdiyiniz həmin keşişlərin doğru məlumat verdiyinə əmin deyiləm. Əvvəllər də təəssüf ki, keşişlərin yanlış məlumat yaydığı çoxsaylı hallar olub. Söhbət bütün keşişlərdən getmir. Bir çoxları kilsədə mövcud problemlər barədə düzgün məlumat yayır. Yəni bütün keşişlər Ktriç Nersisyanın (II Qaregin-red.) siyasi xəttini aparmır. Kilsədəki problemləri açıq şəkildə dilə gətirmək cəsarəti göstərmiş çoxsaylı din xadimləri, o cümlədən yüksək vəzifəli ruhani şəxslər, yeparxiya rəhbərləri, yepiskoplar və arxiyepiskoplar var və mən onların cəsarətli mövqeyini bir daha alqışlayıram.
Hakimiyyət tərəfindən hər hansı qanunsuz müdaxiləni istisna edirəm. Bizim belə problemimiz yoxdur və bu məsələ gündəliyimizdə deyil”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az