Ordu.az xəbər verir ki, bu barədə sosial şəbəkədəki səhifəsində erməni vəkil Arsen Babayan bildirib.
Ermənistan İstintaq Komitəsinin açıqlamasına görə, 2023-cü il sentyabrın 19-da hökumət binası qarşısında keçirilən mitinqlə bağlı olaraq Ani Karapetyan adlı “Facebook” istifadəçisi öz səhifəsində zorakılığa açıq çağırışlar ehtiva edən paylaşımlar edib.
Xüsusilə, həmin şəxs yazıb: “Hökumət binasını və daha bir neçə dövlət əhəmiyyətli binanı ələ keçirmək, ondan sonra isə ölü Nikolun harada olduğunu bilib gedib onu öldürmək lazımdır...”.
Başqa bir paylaşımda isə belə qeyd olunub: “Səhər tezdən İrəvanın əsas küçələrini iflic etmək lazımdır. Gecə avtomobillərin təkərlərini toplayın və sabah onları mərkəzi küçələrdə yandırın...”.
Qeyd olunan paylaşımlarda cinayət tərkibinin əlamətlərinin olduğu nəzərə alınaraq, Ermənistanın İstintaq Komitəsinin İrəvan şəhər istintaq idarəsində Cinayət Məcəlləsinin 330-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə cinayət işi başlanmışdı.
Alpər Mövludoğlu
Ordu.az