Ermənistan xarici işlər naziri Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı ilə görüş keçirib

2026/01/02544-1769778328.jpg
Oxunub: 476     17:03     30 Yanvar 2026    
Yanvarın 29-da Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Məlumata görə, tərəflər ötən ilin dekabrında qəbul edilmiş Ermənistan-Avropa İttifaqı strateji gündəliyinin icrasına dair geniş mövzular dairəsini müzakirə ediblər.

Qeyd edilib ki, may ayında İrəvanda keçiriləcək Ermənistan-Aİ sammitinə, eləcə də yaxın vaxtlarda planlaşdırılan yüksək səviyyəli səfərlərin gündəlik məsələlərinə ətraflı toxunulub. Yeni, konkret nəticələrin əldə olunmasına yönəlmiş təşəbbüslərin həyata keçirilməsi istiqamətində qarşılıqlı hazırlığın mövcudluğu vurğulanıb.

Vurğulanıb ki, “Dayanıqlılıq və inkişaf” proqramının icrasına da toxunulub, eyni zamanda Avropa İttifaqı Şurasının həmin gün Avropa Sülh Fondu çərçivəsində Ermənistana ikinci tranşın ayrılması ilə bağlı qəbul etdiyi qərar məmnunluqla qeyd edilib.

“Ararat Mirzoyan və Marta Kos demokratik islahatlar və dayanıqlılığın möhkəmləndirilməsi istiqamətində görülən işləri də müzakirə ediblər.

Ermənistan xarici işlər naziri və Aİ komissarı regionda Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülh şəraiti fonunda əlaqələndirmə və infrastrukturun inkişafına yönəlmiş layihələrə, eləcə də sülhün daha da institusionallaşdırılmasına istiqamətlənmiş digər addımlara da toxunublar”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin