Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “ ArmLur.am” nəşri məlumat yayıb.
KİV-in məlumatına görə, İrandan on nəfərdən artıq şəxs Ermənistana qanunsuz daxil olmağa cəhd edib.
Qeyd edilir ki, saat 00:05 radələrində onlar müəyyən olunmuş sənədlər və müvafiq icazə olmadan, tikanlı məftil hasarını aşaraq Ermənistan-İran dövlət sərhədini keçməyə çalışıblar.
Nəticədə həmin şəxslər Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən saxlanılıb və hazırda saxlanılan şəxslər üçün nəzərdə tutulan yerdə tutulurlar.
Nəşrə daxil olan məlumatlara əsasən, İran vətəndaşları, eləcə də digər ölkələrin nümayəndələri olan və Ermənistanın dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslər MTX tərəfindən saxlanılıb və hazırda saxlanılan şəxslər üçün nəzərdə tutulan yerdədirlər.
Bu hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsindən rəsmi olaraq bildirilib ki, dövlət sərhədini qanunsuz keçməyə cəhd faktı üzrə cinayət icraatı başlanılıb və 7 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Alpər Mövludoğlu
Ordu.az