Ermənistan XİN: Avropa Sülh Fondu tərəfindən Ermənistana dəstəyin ikinci paketi təsdiqlənib

2025/10/1759763828.jpg
Oxunub: 366     21:41     29 Yanvar 2026    
“Daha əvvəl bildirildiyi kimi, dekabr ayında Avropa Sülh Fondu çərçivəsində Ermənistana dəstəyin ikinci hissəsinin ayrılması ilə bağlı siyasi razılaşma əldə olunmuşdu”.

Ordu.az xəbər verir ki, bu barədə “Lurer” nəşrinə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

“Bu gün isə həmin razılaşma Aİ Şurası tərəfindən, quruma üzv ölkələrin xarici işlər nazirlərinin iclasında qəbul edilmiş qərarla formal şəkildə təsdiqlənib”, - deyə o qeyd edib.

Xatırladaq ki, Ermənistan Avropa Sülh Fondundan artıq ikinci dəfədir dəstək alır. Birinci yardım paketi 10 milyon avro həcmində olub və 2024-cü ilin iyulunda Ermənistan silahlı qüvvələrinin maddi-texniki imkanlarının artırılması, eləcə də böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   XİN  


Bizi "telegram"da izləyin