Şavkat Mirziyoyev: "Birinci Türkoloji Qurultay türk xalqlarının yüksəlişi üçün böyük tarixi hadisə idi"

2026/06/Ekran-1782718074.jpg
Oxunub: 175     11:21     29 İyun 2026    
Bir əsr əvvəl Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının elmi və mədəni yüksəlişi üçün böyük tarixi hadisə idi.

Ordu.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciətində qeyd olunub.

Özbəkistan dövlət başçısı bugünkü forumu türk xalqlarının ortaq dəyərlərini birləşdirən böyük ehtiram kimi dəyərləndirdiyini ifadə edib:

"Həmin dövrdəki müzakirə və düşüncələr bu gün də bizim üçün örnək mənbəyidir. Bu mənada, əcdadlarımızın elm və maarifə həsr olunmuş fikirlərini gələcək naminə əsas götürürük".

Şavkat Mirziyoyev türk xalqları arasındakı əməkdaşlığın inkişaf perspektivlərinə də toxunub:

"Əminəm ki, bu forum da türk xalqları arasındakı birlik və əməkdaşlıq üçün faydalı olacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirziyoyev   Özbəkistan  


Bizi "telegram"da izləyin