Keçmiş erməni döyüşçü: “Kimlər Nikolun “hörmətini” saxlayırsa, ordu onların yeri deyil, bizə və orduya baş ali baş komandan lazımdır”

2026/01/1769669346.jpg
Oxunub: 458     16:48     30 Yanvar 2026    
“Son illərdə ordunu zəiflətməyə, dəyərdən salmağa çalışıblar, lakin təməllər o qədər möhkəmdir ki, bunu tam şəkildə bacara bilməyiblər”.

Ordu.az xəbər verir ki, bunu keçmiş erməni döyüşçü Aşot Sevyan deyib.

“Hamımız bu gün görürük ki, hazırkı hakimiyyət orduya nə etmək istəyir: onu mənəvi cəhətdən sındırmaq, özlərinə bənzər, hər şeyi təslim edən və inkar edən hala salmaq. Ordu həmişə elə olub ki, əsgər öz rəhbərinə baxıb. Mən Sovet İttifaqı ordusunda xidmət etmişəm, amma xidmət yoldaşlarım Dro və Andranik Ozanyan haqqında danışırdılar, biz də daim onlara bənzəməyə çalışırdıq. Bu gün hazırkı hakimiyyət elə vəziyyət yaradıb ki, “qəhrəman” anlayışı aradan qalxıb, onlar üçün qəhrəman adi vergi ödəyicisidir.

Ümid edirəm ki, sonda bunlara ordunu tam mənəviyyatsızlaşdırmaq qismət olmayacaq. Bir neçə rəhbər dəyişdirildikdən sonra bütün bunları dayandırmaq mümkün olacaq”, - deyə Sevyan qeyd edib.

Onun sözlərinə görə, bütün dövrlərdə bir sadə həqiqət olub: müharibəni silah yox, əsgər aparır, silah sadəcə vasitədir.

“Yəni əgər əsgər döyüşməyə hazır deyilsə, ona hansı növ silah versən də, vuruşa bilməyəcək”, - deyə Sevyan bildirib.

Sevyan qeyd edib ki, hazırkı hakimiyyətin Ermənistan ordusunu parçalamaq istədiyini onların atdığı addımlar sübut edir və bu addımları atmamalı idilər.

“Əgər əsgər görürsə ki, onun ölmüş döyüş yoldaşının anasını ayaqlarından tutub “Yerablur”dan sürüyürlər, düşünür ki, sabah özü ölsə, valideynlərinə nə edəcəklər. Ayaqlar altına atılan dəyərlər var və bu birbaşa sərhəddə dayanan əsgərə təsir edir. Hakim elita dəyişməlidir, bununla da ordunun indiki psixoloji durumu da dəyişəcək.

Bu gün ölkənin sərhədlərini polis qvardiyası yox, mövqelərdə dayanan əsgər və zabit qoruyur. Elə bu anda Zərkənd istiqamətində mövqelərdə əsgər 2 metr qarın içərisində dayanıb mövqeni qoruyur. Bu hakimiyyət formal təbrikdən başqa həmin əsgər üçün nə edir?

Bir neçə gün əvvəl eşidirdim, “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Xaçatur Sukiasyan deyirdi ki, orduda xidmət etməyən şəxs yüksək vəzifə tutmamalıdır. Bu məsələdə onunla razıyam. Həmişə demişəm ki, ölkə sərhədinin “dəyərini” bilməyən insanın dövlət vəzifəsi tutmağa haqqı yoxdur”, - deyə Sevyan bildirib.

Onun sözlərinə görə, bu gün Ermənistan Müdafiə Nazirliyində elə adamlar var ki, orada olmamalı idilər.

“Onların arasında tanışlarım da var və bunu onlara şəxsən demişəm, onlar isə etiraz etməyib, sadəcə susublar. Bu gün Nikolun “hörmətini” saxlayanların orduda yeri yoxdur. Bizə və orduya baş ali baş komandan lazımdır. Siz bu gün Nikolun qarşısında əyilirsinizsə, sabah Azərbaycanın qarşısında necə dayanacaqsınız? Nikol Ermənistanı “çıxılmaz vəziyyətə” salıb, amma hələ hər şey tam məhv olmayıb.

Əsgərin ruhu yerindədir, onun yanında bilikli və ruhu yüksək lider olmalıdır”, - deyə Sevyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sevyan   Ermənistan  


Bizi "telegram"da izləyin