Ermənistan KİV-i: Öz adamlarına və itaət edənlərə rüşvət verməyə hazırlaşırlar

2026/01/1769665037.jpg
Oxunub: 301     09:37     29 Yanvar 2026    
“Biz yazmışdıq ki, dövlət sistemində mükafatların verilməsinin ikinci mərhələsi gözlənilir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Çünki pilot proqram çərçivəsində dekabr ayında yüksək vəzifəli şəxslərə paylanmış milyardlarla vəsait yalnız 2025-ci ilin birinci yarısı üçün nəzərdə tutulub, ikinci yarının məbləğlərinin isə böyük ehtimalla yaxın günlərdə verilməsi planlaşdırılır”, - deyə nəşr bildirib.

KİV-in Ermənistanın bir neçə qurumundan aldığı məlumatlara görə, idarə rəisləri və onların rəhbərləri artıq guya əməkdaşların iş səmərəliliyi indeksini müəyyən etmək adı altında siyahılar tərtib edirlər, əslində isə öz adamlarına və itaət edənlərə rüşvət verməyə hazırlaşırlar.

“Bu ajiotaj dövlət aparatının aşağı pillələrində ciddi narazılıq yaradıb. Çünki həmin əməkdaşlar bu “dövlət rüşvətindən” yararlanmaq imkanından məhrumdurlar və indi daha döyüşkən mövqedədirlər: əgər bu dəfə də onları kənarda qoyub xırda məbləğlər versələr, yüksək vəzifələr tutan “Vətəndaş Müqaviləsi” üzvlərinə isə milyonlar ayrılsa, susmayacaqlar”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rüşvət  


Bizi "telegram"da izləyin