Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Shamshyan.com” nəşri yazıb.
Məlumata görə, kanalizasiya xəttindən daşan çirkab suları Ermənistan Müdafiə Nazirliyinin həmin mühüm strukturunun ərazisi boyunca axaraq Babayan küçəsinədək çatıb.
Nəticədə piyada keçidi üçün nəzərdə tutulmuş hissədə çirkab sularından ibarət süni gölməçə yaranıb.
Erməni jurnalistlə söhbət zamanı kameranın qarşısında danışmaqdan imtina edən bir neçə sakin bildirib:
“Bu gün səhər saat 10:00-dan “Veolia Su”ya zəng vurub xahiş etmişik ki, heç olmasa bu əziz gündə, ordunun bayram günündə gəlib problemi həll etsinlər, amma heç bir müsbət cavab almadıq. Şəhər bələdiyyəsinin qaynar xəttinə zəng etdik, tam laqeydlik göstərdilər. Rayon icra nümayəndəliyinə zəng etmədik, çünki bu məsələ rayon rəhbərinin yox, ya yalnız “Veolia Su”nun, ya da İrəvan şəhər bələdiyyəsinin səlahiyyətinə daxildir. Amma üfunətli, antisanitar vəziyyətin hökm sürdüyü və bu qoxunun hətta bir neçə yüz metr məsafədən hiss olunduğu faktdır. Bu gün bir çox vəzifəli şəxsin Ermənistan ordusunun yaradılması günü münasibətilə hansı çıxışlar edəcəyini təsəvvür edirik, amma həmin ordunun ən vacib qurumlarından birinin ərazisi çirkab suları ilə dolub və məhz həmin ərazidən çirkab suları bütöv bir küçəyə yayılıb. Bunun məsuliyyətini daşıyanlar tostlar demək əvəzinə, ordunun günü münasibətilə hədiyyə olaraq o insanları üfunətli qoxudan xilas etsəydilər, daha yaxşı olardı”.
Alpər Mövludoğlu
Ordu.az