Ermənistan müdafiə naziri: “Atışma nəticəsində heç bir hərbi qulluqçu yaralanmayıb və ya ölməyib”

2025/09/1757737212.jpg
Oxunub: 518     21:39     28 Yanvar 2026    
“2018-ci ildə tikinti xərcləri təxminən 17 milyard 718 milyon dram təşkil edib, artıq 2025-ci ildə isə Müdafiə Nazirliyinin tikinti xərcləri 57 milyard 702 milyon 154 min drama çatıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.

“Düşünürəm ki, bu, əhəmiyyətli dəyişiklikdir və sərhədlərimizin müdafiə qabiliyyətinə təsir etməyə bilməz”, - deyə o qeyd edib.

Papikyanın sözlərinə görə, atışma nəticəsində heç bir hərbi qulluqçu yaralanmayıb və ya ölməyib ki, bu da təsdiqlənmiş sülhün ən açıq göstəricisidir.

“Bu, bəlkə də təkcə ordunun tarixində misli görünməmiş nailiyyət deyil, eyni zamanda Ermənistanın tarixində də mühüm hadisədir”, - deyə Ermənistan müdafiə naziri vurğulayıb.

Papikyan qeyd edib ki, buna baxmayaraq, nizamnamə münasibətlərinin və şəxslərarası davranışların yaxşılaşdırılması məqsədilə bu il cinayət submədəniyyətinə qarşı mübarizə ili elan edilib: “Biz səylərimizi orduda qəddar, qüsurlu və cinayət xarakterli davranışları istisna etməyə, nizamnamə münasibətlərində qanun qarşısında hamının bərabərliyi prinsipini və cəzanın qaçılmazlığı ideyasını möhkəmləndirməyə yönəldəcəyik”.

Silahlanma məsələsinə toxunan Papikyan bildirib: “2022-ci ildən etibarən yerli hərbi sənaye sahəsinin inkişafına da ardıcıl təkan vermişik. 2022-ci ildə müqavilələrin həcmi 5,5 milyard dram təşkil edib, 2025-ci ilə gəldikdə isə bu göstərici təxminən 170 milyard drama çatıb”.

O vurğulayıb ki, yaxın vaxtlarda əlavə olaraq 150 milyard dram dəyərində yeni müqavilələrin bağlanması məsələsi də müzakirə olunur və təqdim edilərək təsdiqə çıxarılacaq: “Bu gün silahlı qüvvələrimizin silahlanması yalnız erməni düşüncəsinin və texnoloji potensialının məhsulu olan yerli istehsal silahlarla tamamlanır.

2025-ci il hərbi-siyasi əməkdaşlıq sahəsində də səmərəli olub. Beynəlxalq əlaqələr genişlənib, tərəfdaş dövlətlərlə əməkdaşlıq dərinləşib və bu, Ermənistan ətrafında təhlükəsizlik mühitinin sabitləşməsinə töhfə verib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papikyan  


Bizi "telegram"da izləyin