Paşinyan Ermənistan Müdafiə Nazirliyinə səfər edib

2026/01/1769616594.jpg
Oxunub: 360     20:08     28 Yanvar 2026    
Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının 34-cü ildönümü münasibətilə ölkənin Baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyinə gedib və təntənəli iclasda iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Paşinyan və Ermənistan müdafiə naziri Suren Papikyan çıxış ediblər.

Çıxışında Paşinyan sahədə həyata keçirilən islahatlara toxunub və dəyişən dünyada bu prosesin əhəmiyyətini vurğulayıb: “Biz dəyişən dünyada dəyişmədikdə, dünyadan kənarda qalırıq və bu, təəssüf ki, tariximizdə bir neçə dəfə başımıza gəlib. Biz bu yanaşmanı dəyişmək qərarına gəldik”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin