Ordu.az xəbər verir ki, bunu Moskva Patriarxlığının Xarici Kilsə Əlaqələri İdarəsinin sədri, Volokolamsk mitropoliti Antoni çərşənbə günü Erməni Apostol Kilsəsinin Rusiya və Naxçıvan-na-Donu yeparxiyasının rəhbəri, arxiyepiskop Yezrasla görüş zamanı bildirib.
“Görüş zamanı Moskva Patriarxlığının Xarici Kilsə Əlaqələri İdarəsinin sədri arxiyepiskop Yezrasa Erməni Kilsəsinə hazırda göstərilən təzyiqlərlə bağlı dəstək ifadə edib. Mitropolit Antoni vurğulayıb ki, Rus Pravoslav Kilsəsi Ermənistanın hakimiyyət nümayəndələrinin kilsə işlərinə açıq müdaxilə cəhdlərindən dərin narahatlıq keçirir və möminlər arasında süni parçalanma yaratmaq təşəbbüslərini qəbuledilməz sayır”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, arxiyepiskop Yezras Moskva Patriarxlığının Xarici Kilsə Əlaqələri İdarəsinin rəhbərinə Erməni Apostol Kilsəsinin mövcud vəziyyəti barədə məlumat verib və göstərilən həmrəyliyə görə Moskva Patriarxlığına təşəkkür edib.
Alpər Mövludoğlu
Ordu.az