Ordu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı deyib.
Erməni nazirin sözlərinə görə, Ermənistan parlamenti daha əvvəl müvafiq qanun qəbul edib.
“Bu qanun Avropa İttifaqına üzvlüyə can atmağı və bu məqsədə çatmaq üçün fəaliyyəti istənilən Ermənistan hökuməti üçün məcburi edir. Hazırda bu istiqamətdə bir sıra addımlar atırıq: sahəvi inteqrasiya, viza liberallaşdırılması və çoxsaylı proqramlarda iştirak. Ümid edirəm ki, birgə səylərimiz davam edəcək”, - deyə Mirzoyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az