Ordu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı, Baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsinin islahatı ilə bağlı bəyanatının demokratik prinsipləri pozub-pozmaması barədə suala cavab verərkən deyib.
“Ermənistanda din xadimləri təqib edilmir. Amma mən bir sual vermək istəyirəm. Əgər bəzi vətəndaşlar qanuni şəkildə seçilmiş hökuməti zorakı yolla devirməyə, eləcə də onun nümayəndələrini, o cümlədən məni öldürməyə çağırırlarsa, sizin reaksiyanız necə olar?”, - deyə Mirzoyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistanda bunu edən din xadimlərinin olması çox təəssüf doğurur.
Ermənistan xarici işlər naziri vurğulayıb ki, Ermənistanda qanunun aliliyi prinsipi qüvvədədir, buna görə də hamı bu çərçivədə hərəkət etməlidir.
Alpər Mövludoğlu
Ordu.az