Azərbaycanla Gürcüstan DİN-ləri arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib

2025/05/1748240325.jpg
Oxunub: 324     18:37     28 Yanvar 2026    
"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Gürcüstanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

Ordu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərəcək.

Qeyd edək ki, sözügedən Saziş 2025-ci il noyabrın 21-də Tbilisi şəhərində imzalanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Gürcüstan  


Bizi "telegram"da izləyin