Sabiq erməni rəsmi: “Bizim təsəvvür etdiyimiz gələcəkdə Paşinyanın şəxsiyyəti mövcud deyil”

2026/01/dsf47-1769603638.jpg
Oxunub: 380     17:08     28 Yanvar 2026    
“Əgər bu hakimiyyət uğur qazana bilməyibsə, bu, Ermənistanın uğur qazana bilməyəcəyi demək deyil. Ola bilsin ki, başqa idarəçilik forması olardı və uğur əldə edilərdi, ola bilsin ki, danışıqlar aparan şəxs dəyişərdi və nəticə alınardı”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün “Yerablur”da jurnalistlərlə söhbət zamanı Ermənistanın “Birliyin qanadları” siyasi təşəbbüsünün üzvü, ölkənin Dövlət Gəlirləri Komitəsinin sabiq rəhbəri Davit Ananyan bildirib.

O, Nikol Paşinyanın müdafiə sahəsinin maliyyələşdirilməsinin ciddi dəyişiklik yaratmayacağına dair açıqlamasına toxunub. Paşinyan bunu beynəlxalq tərəfdaşların Ermənistana silah satmaması ilə əsaslandırıb, çünki satılan silahların Ermənistanın suveren ərazisindən kənarda yerləşdiriləcəyindən və bəzi silahlar barədə məlumatların KTMT-yə məlum olacağından ehtiyat ediblər.

“Çox mühüm, amma köhnəlmiş bir ifadə var: məğlubiyyətin simvolu qaldıqca, onunla danışıqlar aparılmır, ona beynəlxalq meydanlarda fərqli münasibət göstərilir.

Əlbəttə, o, artıq müxtəlif platformalarda, müxtəlif geosiyasi qütblərdə və ölkələrdə keçirdiyi görüşlər zamanı bunu nəzərə almalıdır. Buna görə də həmin açıqlamanın heç bir dəyəri yoxdur.

Biz gələcəkdən danışırıq, bizim təsəvvür etdiyimiz gələcəkdə isə sizin istinad etdiyiniz şəxs mövcud deyil. Odur ki, gəlin onu müzakirə etməyək. Biz əsaslı şübhə edə bilərik ki, həyata keçirilən razılaşmalar var”, - deyə Ananyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ananyan   Ermənistan  


Bizi "telegram"da izləyin