“Ermənistanda parlament seçkiləri ərəfəsində hibrid hücumların güclənməsi gözlənilir” - Mirzoyan

2025/12/1765560029.jpg
Oxunub: 366     16:59     28 Yanvar 2026    
“Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində hibrid hücumların güclənməsini gözləyirik”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxışı zamanı bildirib.

“Və biz demokratiyanın alətlərindən istifadə edərək onlardan müdafiə olunmağa hazırıq”, - deyə Ermənistan xarici işlər naziri vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın mövcud hakimiyyəti artıq bunun üçün zəruri immuniteti formalaşdırıb.

“Son dörd-beş il ərzində biz hibrid təhdidlər şəraitində yaşamışıq. Zorakı mitinqlərin şahidi olmuşuq. Dezinformasiya, saxta xəbərlər və məlumatların manipulyasiyası mühitində yaşayırıq”, - deyə Mirzoyan bildirib.

Erməni diplomatın sözlərinə görə, AŞPA öz bəyanatları və Ermənistana planlaşdırılan yaxın səfəri vasitəsilə İrəvana və demokratiyaya dəstək verə bilər.

“Birlikdə bütün hibrid hücumların öhdəsindən gələcəyik”, - deyə erməni nazir sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Ermənistan  


Bizi "telegram"da izləyin