Xarici media nümayəndələri Ağdamda minatəmizləmə əməliyyatını izləyiblər

2026/01/1769604797.jpg
Oxunub: 317     16:42     28 Yanvar 2026    
Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində xarici media nümayəndələri Ağdam rayonunun Namirli kəndində minatəmizləmə əməliyyatını izləyiblər.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin "X" sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, media nümayəndələrinə həmçinin həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları barədə məlumat verilib. Qonaqlara Azərbaycanın mina problemi və bu problemin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat təqdim olunub, həmçinin müsahibələr aparılıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağdam   Minatəmizləmə  


Bizi "telegram"da izləyin