Mirzoyan: “İrəvanla Vaşinqton arasında münasibətlər inkişaf etməyə davam edir”

2026/01/1769603996.jpg
Oxunub: 478     16:25     28 Yanvar 2026    
“Ermənistanla ABŞ arasında münasibətlər inkişaf etməyə davam edir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı bəyan edib.

Erməni nazir qeyd edib ki, İrəvan və Vaşinqton ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün yeni sahə və istiqamətləri araşdırır.

“Hazırda hər iki tərəfin hazırlığını, niyyətlərini görürük və hesab edirik ki, bu, əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində irəliləyişimizi təmin edəcək”, - deyə Mirzoyan bildirib .

O xatırladıb ki, ötən il Ermənistan və ABŞ strateji əməkdaşlıqla bağlı sənəd imzalayıb və bu istiqamətdə hazır olduğunu Donald Tramp administrasiyası da təsdiqləyib.

“2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Sülh sammiti zamanı Ermənistan və ABŞ bir sıra memorandumlar imzalayıb. Həmin memorandumlar vasitəsilə hər iki ölkə münasibətləri dərinləşdirmək niyyətini təsdiqləyib. Biz həmçinin atom enerjisi sahəsində əməkdaşlıq qurmağa imkan verəcək danışıqları da yekunlaşdırmışıq”, - deyə Ermənistanın xarici işlər naziri vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Vaşinqton  


Bizi "telegram"da izləyin