Erməni siyasi xadim: “Hakimiyyətə gəldikdən sonra ilk ilin sonunda hərbi büdcə 1 milyard dollardan çox olacaq”

2026/01/sadas-1769601912.jpg
Oxunub: 349     16:23     28 Yanvar 2026    
“Biz təhlükəsiz sülhə aparan addımları təqdim etmişik”.

Ordu.az xəbər verir ki, bunu bu gün İrəvandakı “Yerablur” kompleksində jurnalistlərlə söhbətində Ermənistanın “Birləşmənin qanadları” siyasi təşəbbüsünün rəhbəri, erməni siyasi xadim Arman Tatoyan deyib.

“Bizim güclü ordumuz, özümüzü müdafiə etmək qabiliyyətimiz olmalıdır. Əgər özümüzü müdafiə etmək imkanımız olmazsa və sülhümüz başqasının iradəsindən, başqasının diktə etdiyi şərtlərdən asılı qalarsa, bu, sülh deyil, gələcəyimiz üçün təhlükəli özünüaldatmadır. Təhlükəsizliyin yoxdursa, heç nəyin mənası yoxdur”, - deyə o bildirib və mövcud hakimiyyət dövründə təhlükəsiz sülhün təmin edilməsinin mümkün olmadığını vurğulayıb.

Tatoyanın sözlərinə görə, hakimiyyətə gəldikləri halda qanunvericiliklə təsbit edəcəklər ki, ordunun maliyyələşdirilməsi ÜDM-in 8 faizindən aşağı ola bilməz.

“Bu o deməkdir ki, səlahiyyətlərimizin başlamasından sonrakı ilin büdcəsində müdafiə büdcəsi indiki göstəricidən 1 milyard dollardan çox olacaq. İkincisi, səlahiyyətlərimizin ilk müddətinin sonunda, bəli, artıq hərbi balansdan danışacağıq.

Deyirlər ki, bu bizdən güclüdür, o güclüdür. Mən başa düşmürəm, kimsə deyə bilərmi ki, biz güclü olmamalıyıq? Əgər güclü olmamalıyıqsa və daim başqasının xoş niyyətinə ümid etməliyiksə, necə yaltaqlanaq, nə edək ki, bizə daxili siyasi məsələlərdə sülhdən danışmağa icazə versinlər, amma əslində bu yoxdur, xəyali təhlükə dolaşır.

Bəli, biz güclü olmalıyıq, özümüzü müdafiə etmək qabiliyyəti əldə etməliyik.

Bu, təkcə silahlanma deyil, bu həm də hərbi sənayedir. Biz bəyan etmişik ki, hərbi sənaye kompleksi iqtisadiyyatın bir sahəsi olmalıdır, müasir texnologiyalarla irəliləməliyik”, - deyə Tatoyan bildirib.

O, həmçinin qeyd edib ki, 44 günlük müharibə ilə bağlı parlament istintaq komissiyasının hesabatını dərc edəcəklər və Nikol Paşinyan bunu dərc etməmək üçün hər şeyi edir, bununla da öz uğursuzluqlarını ört-basdır etməyə çalışır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tatoyan  


Bizi "telegram"da izləyin