Erməni siyasi xadim: “Yanvarın 27-nin anım günü kimi müəyyən edilməsi utancverici qorxaqlıq və konkret siyasi seçim idi”

2026/01/sadas-1769601912.jpg
Oxunub: 346     16:04     28 Yanvar 2026    
“Hakimiyyətin yanvarın 27-ni ölmüş hərbi qulluqçuların anım günü kimi, özü də qanun səviyyəsində müəyyən etməsi alçaldıcı bir addım, utancverici qorxaqlıq idi”.

Ordu.az xəbər verir ki, bunu bu gün “Yerablur”da jurnalistlərlə söhbət zamanı Ermənistanın “Birliyin qanadları” siyasi təşəbbüsünün rəhbəri, erməni siyasi xadim Arman Tatoyan deyib.

“Bu, təsadüfi seçilmiş, formal bir gündür, heç bir məzmunu, heç bir yaddaş mənası yoxdur. Bu gün sadəcə məmurların rahatlığı üçün seçilib ki, gəlsinlər, heç kim onlara artıq sual verməsin, formal mərasimdə iştirak etsinlər və bununla da bitsin. Bu, konkret siyasi seçimdir, ona görə də bu gün məhz bu günün bizim üçün son dərəcə vacib olduğunu göstərməliyik”, - deyə o bildirib.

Yanvarın 27-nin anım günü kimi müəyyən edilməsi layihəsinin müəlliflərindən birinin ölmüş erməni hərbçinin atası Geğam Nazaryan olması ilə bağlı qeydə Tatoyan belə cavab verib: “Əsgərin qəhrəmanlığı”nın xatirəsinə hörmət edərək, bu mövzuda danışmaq istəmirəm. Mən yalnız onu deyirəm ki, bu, “Vətəndaş Müqaviləsi” partiyasının hakimiyyətinin qərarıdır. Bu, utancverici qorxaqlıqdır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tatoyan   Ermənistan  


Bizi "telegram"da izləyin