Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin əldə etdiyi məlumata görə, ləğv edilmiş qondarma qurumun “rəhbərinin vəzifələrini icra edən şəxs, həmçinin parlamentin sədri” Aşot Danielyan Üçmüədzin kilsəsində katolikosla görüş keçirib və Qarabağdan Ermənistana köç etmiş şəxslərin əksəriyyətinin yeparxiya rəhbərinin dəyişdirilməsi ilə bağlı müraciət-tələbini ona çatdırıb.
“Onlara bu tələbi formal şəkildə rəsmiləşdirib məktubla təqdim etmələri təklif olunub. Daha sonra isə bildirilib ki, məsələ mütləq gündəliyə salınacaq.
Qarabağdan Ermənistana köç etmiş şəxslər gözləyir ki, yaxın vaxtlarda keçiriləcək Yepiskoplar Məclisində yeparxiyanın mübahisəli rəhbəri statusundan məhrum ediləcək və onun yerinə müvəqqəti rəhbər təyin olunacaq.
Qeyd edək ki, mənbə bildirir: digər mübahisəli din xadimləri ilə bağlı da vəzifədən azad olunmaları və ya səlahiyyətlərinin ləğvi üçün yazılı müraciətlər olarsa, onlar da müzakirə ediləcək. Məsələn, Masyatsotn yeparxiyası ilə bağlı belə bir müraciət artıq olub”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az