Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan bildirib.
Onun sözlərinə görə, Rusiyanı Avropa istiqamətində cilovlayacaqlar, lakin Rusiya ABŞ üçün rəqib deyil, artıq ön plandan çıxıb.
“Həmçinin qeyd olunur ki, Avropa İttifaqının təhlükəsizliyi üçün məhz Aİ özü silahlanmalıdır və ABŞ artıq Avropaya pul xərcləməyəcək.
Tramp doktrinası deyir: bu mənimdir, burada maraqlarım var, digər yerlərdə isə iqtisadi maraqlarım mövcuddur. Mən başqa ölkələrin təhlükəsizliyini təmin etməyəcəyəm, nə digər ölkələrin, nə Ermənistanın, nə də Avropanın təhlükəsizliyini təmin etməyəcəyəm.
İndi əgər onlar hətta Avropanı müdafiə etməyə hazır deyillərsə, ABŞ “TRIPP yolu” (Zəngəzur dəhlizi-red.) ilə Cənubi Qafqazı qoruyacaqmı? Həmin sənəddə açıq şəkildə yazılıb ki, bu heç bir hüquqi öhdəlik yaratmır və beynəlxalq sənəd deyil”, - deyə Danielyan qeyd dib.
O bildirib ki, bu, sadəcə iqtisadi əməkdaşlıqla bağlı hansısa razılaşmadır.
“Düşünürəm ki, bu sənəd Ermənistanın mövcud hakimiyyətinin xahişi ilə sadəcə seçkiqabağı təbliğat məqsədilə imzalanıb. Yəni bunu sülhün təminatı kimi təqdim edirlər, guya ABŞ bizə sülh zəmanəti verir, amma belə bir şey yoxdur. Bunun ən yaxşı nümunəsi YPG-dir, ABŞ YPG-ni növbəti dəfə satdı”, - deyə erməni politoloq vurğulayıb.
O qeyd edib ki, Tramp “Sülhü güc yolu ilə, bizim şərtlərimizlə gətirmək olar” deyə bəyan edir.
“Azərbaycan Prezidenti də deyir ki, biz sülhü öz şərtlərimizlə təsdiqlədik. İndi güclü fiqurlar, İlham Əliyev və Tramp razılaşırlar. Elə buna görə də Tramp İlham Əliyevi ailəsi ilə birlikdə qəbul etdi, Ermənistanın Baş nazirini isə yox. Hesab edirəm ki, gələcəkdə, necə deyərlər, güclü liderlər öz aralarında razılığa gələcəklər”, - deyə Danielyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az