Ordu.az xəbər verir ki, bunu 44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçu Henrik Eloyanın anası Hamest Vardanyan deyib.
“Oğlum ən sonda dəfn olunub, adətən bu tərəfə heç kim gəlmir, nə jurnalist, nə də məmur. Məktəblərdən uşaqları gətirəndə də heç vaxt aşağı düşmürlər. Hamısı yuxarı tərəfdə gəzib-dolaşıb gedir”, - deyə o bildirib.
Məhv edilmiş erməni hərbi qulluqçunun anası əlavə edib: “Mən də daxil olmaqla heç kim istəməz ki, övladının başını yeyən adam gəlib onun övladının yanında dayansın. Heç kim, qətiyyən”.
Alpər Mövludoğlu
Ordu.az