Ermənistan XİN-də ABŞ Nümayəndələr Palatasının nümayəndə heyəti ilə Ermənistan-ABŞ razılaşmalarının icra prosesi müzakirə olunub

2026/01/1769516774.jpg
Oxunub: 332     16:22     27 Yanvar 2026    
Yanvarın 26-da Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin aparatının iki partiyadan ibarət nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Ermənistan XİN-dən bildiriblər ki, Ermənistan XİN rəhbərinin müavini Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin gündəliyində duran mühüm məsələlərə ətraflı toxunub və bu kontekstdə mövcud inkişafları təqdim edib.

Qeyd edilib ki, Vahan Kostanyan son aylarda Ermənistan-ABŞ strateji münasibətlərində qeydə alınan davamlı irəliləyişi, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş sülh sammitində əldə olunan razılaşmaların icra prosesini xüsusi qeyd edib.

“O, xüsusilə, yaxın günlərdə Ermənistan və ABŞ hökumətləri tərəfindən “TRIPP marşrutu” (Zəngəzur dəhlizi-red.) layihəsinin həyata keçirilməsi çərçivəsinin qəbul edilməsini vurğulayıb.

Görüşdə hər iki tərəf ABŞ Nümayəndələr Palatasının Ermənistan-ABŞ strateji tərəfdaşlığının möhkəmləndirilməsində mühüm rolunu qeyd edib, həmçinin ABŞ qanunverici orqanının regional sülhün təşviqi və kommunikasiyaların blokadadan çıxarılmasına töhfə verə biləcək mümkün addımları barədə fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin