Ordu.az xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı erməni siyasi texnoloq Vigen Hakobyan bildirib.
Hakobyanın sözlərinə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidanın dediyi sözlərdən çox, onun danışmadığı məqamlar daha önəmlidir.
“Fidan onların Nikol Paşinyanın siyasi kursunu, sülh gündəliyini dəstəklədiklərini deyəndə, əslində ona eyham vururlar ki, Ankara yalnız mövcud hakimiyyət yenidən seçilə bildiyi müddətcə onlara kömək etməyə davam edəcək. Əgər revanşist kimi qiymətləndirilən digər qüvvələr qalib gələrsə, Ankaranın və Bakının siyasəti dəyişə bilər”, - deyə o bildirib.
Hakobyan Ermənistanda digər qüvvələrin qalib gələcəyi halda Ankaranın və Bakının ritorikasının dəyişə biləcəyini qeyd edib.
Erməni siyasi texnoloq istisna etmir ki, seçkilər yaxınlaşdıqca bu cür açıqlamalar daha açıq mətnlə səsləndiriləcək: “Mahiyyət etibarilə Paşinyanın sülh gətirdiyi, digər bütün qüvvələrin isə müharibə partiyaları olduğu tezisini müdafiə etməyə çalışacaqlar”.
Alpər Mövludoğlu
Ordu.az