"İran heç vaxt təslim olmayacaq" - Xamenei

2025/02/1739086706.jpg
Oxunub: 382     15:17     26 İyun 2025    
İran heç vaxt heç bir ölkəyə təslim olmayacaq.

Ordu.az-ın məlumatına görə, bunu İranın Ali Lideri Ayətulla Seyid Əli Xamenei İran xalqına müraciətində bildirib.

Onun sözlərinə görə, İran hər bir təcavüzə qarşılıqlı olaraq cavab verib və gələcəkdə də cavab verəcək.

Xamenei deyib ki, İran təcavüzə cavab vermək məqsədilə ABŞ bazasına hücum edib və xəsarətlər vurub. Qarşı tərəf öz hücumlarını şişirdir və İranın hücumunu kiçildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xamenei   İran  


Bizi "telegram"da izləyin