Ordu.az xəbər verir ki, “Oreshnik” səs sürətini on dəfəyə qədər keçə bilən hipersəs ballistik raketi kimi təsvir edilir. Raket 5.500 kilometrə qədər mənzilə malikdir və bir neçə hədəfi eyni anda vura bilən müstəqil hədəfləmə qabiliyyətinə sahibdir.
Ukraynanın Dnepr şəhərinə edilən ilk əməliyyatda altı döyüş başlığı daşıyan bir “Oreshnik” raketi yüksək kinetik enerji təsiri ilə önəmli bir hərbi obyektə zərbə endirib. Raketin döyüş başlıqları həm konvensional, həm də nüvə variantlarında təchiz edilə bilər.
Rusiya prezidenti Vladimir Putin “Oreshnik” raketinin istehsalına başlanmasından sonra verdiyi açıqlamada bildirib ki, Qərb ölkələrinin Ukraynaya verdiyi uzun mənzilli raketlərin Rusiyaya qarşı istifadə olunması Rusiyanın cavab vermək hüququnu yaradır. Putin bu cür hərəkətlər davam edərsə, “Oreshnik” raketlərinin Avropadakı strateji hədəflərə yönləndiriləcəyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az