Xamenei: "İran İsrail və ABŞ üzərində qələbə qazandı" (YENİLƏNİB)

2024/05/5c0c8-1716136222.jpg
Oxunub: 490     14:16     26 İyun 2025    
İranın ali lideri ayətullah Əli Xamenei İsraillə münaqişədə qələbə münasibətilə İran xalqını təbrik edib.

Ordu.az xəbər verir ki, bu barədə ali liderin mətbuat xidməti paylaşım edib.

O qeyd edib ki, İran ABŞ-ni də məğlub edib.

"ABŞ İranla müharibədə heç bir nəticə əldə etmədi. ABŞ İranla müharibəyə girdi, çünki Tehranla münaqişənin davam edəcəyi təqdirdə İsrailin tamamilə məhvə məhkum olduğunu anladı", - Xamenei qeyd edib.

Qeyd edək ki, iyunun 24-də İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin İsraillə müharibədə qalib gəldiyini elan edib.

***

İranın ali lideri Əli Xamenei İsraillə münaqişənin və ABŞ-nin İranın nüvə obyektlərini bombalamasının başa çatmasından sonra ilk bəyanatını verməyi planlaşdırır.

Ordu.az-ın məlumatına görə, bu barədə Xameneinin “X” sosial şəbəkəsindəki səhifəsində deyilir.

"İmam Xameneinin televiziya ilə müraciəti yaxın dəqiqələr ərzində yayımlanacaq", - paylaşımda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xameneyi   İran  


Bizi "telegram"da izləyin