Ordu.az-ın məlumatına görə, bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) təhlükəsizlik xidmətinin ictimaiyyətlə əlaqədar idarəsi məlumat yayıb.
Məlumata görə, SEPAH-ın təhlükəsizlik xidməti Xuzistan vilayətində keçirdiyi əməliyyatlarda İsrailə çalışan casusları müəyyənləşdirib.
SEPAH bildirib ki, saxlanılan şəxslər təhlükəsizlik əleyhinə, təxribatçılıq və əhalidə qorxu yaratmaq kimi fəaliyyət göstərdiklərinə etiraf ediblər. Saxlanılan şəxslərin gizli məkanlarıdna texniki, hərbi, təxribatçılıq vasitələri aşkarlanaraq götürülüb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Ordu.az