Rafael Qrossi: "İranın nüvə silahı yoxdur"

2024/11/1731397904.jpg
Oxunub: 392     02:26     26 İyun 2025    
“İranın nüvə silahı yoxdur”.

Ordu.az xəbər verir ki, bunu agentliyin baş direktoru Rafael Qrossi “France 2” telekanalının efirində deyib.

“Dedim ki, suallar var, daha çox şəffaflıq olmalıdır, mübahisəli məsələlər var, amma onu da açıqladım ki, İranın səpələnmiş elementləri və materialları olsa belə, nüvə silahına malik olduğunu söyləmək olmaz”, - deyə o əlavə edib.

İran obyektlərinə son hücumlarla bağlı sualı cavablandıran Qrossi vurğulayıb ki, beynəlxalq hüquqa görə, nüvə obyektlərinə hücumlar qadağandır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qrossi   İran  


Bizi "telegram"da izləyin