FTB İrana uğursuz zərbələrlə bağlı məlumatları KİV-ə sızdıran şəxsi axtarır

2019/11/234-1574836031.jpg
Oxunub: 346     23:52     25 İyun 2025    
Federal Təhqiqat Bürosu (FTB) ABŞ-nin İrana endirdiyi zərbənin nəticələri ilə bağlı məxfi məlumatları mətbuata sızdıran şəxsi axtarır.

Ordu.az-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib.

“Bu çox məxfi məlumatdır. Mediaya sızdırılmamalıdır. Təəssüf ki, kimsə onu qeyri-qanuni şəkildə sızdırmağa qərar verdi və indi bu şəxs FTB tərəfindən araşdırılır”, - o bildirib.

Çərşənbə axşamı ölkə mediası xəbər verib ki, ABŞ-nin İranın üç nüvə obyektinə zərbələr endirməsi Tehranın nüvə proqramının əsas komponentlərini məhv etməyib və kəşfiyyatın ilkin hesablamalarına görə, onun inkişafını cəmi bir neçə ay geriyə salıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FTB   İran  


Bizi "telegram"da izləyin