Rubio: "NATO-nun hərbi xərclərinin artırılması ABŞ-yə dünyanın digər hissələrinə fokuslanmağa imkan verəcək"

2025/01/1737554138.jpg
Oxunub: 274     12:16     25 İyun 2025    
NATO ölkələrinin hərbi xərclərinin ÜDM-in 5 %-nə qədər artırılması Birləşmiş Ştatlara hərbi resurslarının dünyanın digər bölgələrinə yenidən bölüşdürülməsinə diqqət yetirməyə imkan verəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

"Əgər hər kəs öz öhdəliklərinə əməl etsə, bu, daha səriştəli tərəfdaşlarla daha güclü bir ittifaq olacaq. Açığı, bu, Birləşmiş Ştatların NATO-nun güclü və ən böyük iştirakçısı olaraq qalmasına, eyni zamanda, dünyanın digər hissələrində resursları yenidən bölüşdürməsinə imkan verəcək", - o qeyd edib.

Haaqada keçirilən NATO sammitində dövlət və hökumət başçılarının hərbi xərclərin ÜDM-in 2 %-dən 2035-ci ilə qədər 5 %-ə çatdırılması barədə qərar qəbul edəcəkləri gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   NATO   ABŞ  


Bizi "telegram"da izləyin