Yaponiya ölkə sərhədləri daxilində ilk raket sınağını həyata keçirib

2025/06/1750832913.jpg
Oxunub: 281     11:20     25 İyun 2025    
Yapon ordusunun rəsmiləri ölkənin şimalında yerləşən Hokkaydo adasındakı atış poliqonunda raket təliminin keçirildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, yapon rəsmilər ölkə sərhədlərində ilk dəfə keçirilən raket təlimində Təhlükəsizlik Qüvvələrindən təxminən 300 əsgərin iştirak etdiyini bildirib.

Təlimin, sahildən təxminən 40 kilometr məsafədə yerləşən və içərisində insan olmayan bir gəmiyə qarşı “Type-88” tipli qısa mənzilli gəmi əleyhinə raketlərlə həyata keçirildiyi və nəticələrin hazırda qiymətləndirilmə mərhələsində olduğu qeyd olunub.

Yaponiya daha əvvəlki raket sınaqlarını ABŞ və Avstraliya kimi digər ölkələrin ərazilərində həyata keçirirdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Raket   Sınaq  


Bizi "telegram"da izləyin